Peşə təhsili almaq istəyənlərin sayı artıb

Xəbərlər

02.01.2021 - 21:35

Həkimlər Klinikalar SEO Xidməti

14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub

 

2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. AYNA xəbər vetrir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

 

14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

 

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.

 

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş