Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır

Xəbərlər

03.03.2020 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

"Hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibdir"

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. 

 

AYNA-ya BŞİH-nin Mətbuat xidmətindən verilən xəbərə görə, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan məktəbəqədər təhsil müəssisələrində, digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. 

Mətbuat xidmətininin məlumatında, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş