Paytaxtda restoranda baş vermiş yanğın söndürülüb

Xəbərlər

02.12.2022 - 17:42

Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən restoranın dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Müəllif: Ayna.az