Paytaxtda karantin qaydalarını pozan kafe aşkarlanıb

Xəbərlər

18.09.2020 - 12:06

Altı nəfər polis bölməsinə dəvət olunub

 

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan altı nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar. 

 

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri, xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Müəllif: Ayna.az