Paşinyan Moskvadan ermənilərə mesaj yolladı

Siyasət

11.01.2021 - 22:31

Həkimlər Klinikalar SEO Xidməti
Politoloq Elxan Şahinoğlu Moskvada keçirilən üçtərəfli görüşü şərh edib
 
"Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər".
 
AYNA-nın məlumatına görə, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Moskvada keçirilən üçtərəfli görüşü şərh edərkən deyib. O, Paşinyanın Moskvadan ermənilərə mesaj yolladığını bildirib: "Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədi: “Təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır”. 
 
Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi".
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş