Papa səhhətində yaranan problemlər səbəbindən həftə sonu tədbirlərə qatıla bilməyəcək
Roma Papası Fransisk ikitərəfli pnevmoniya olub. AYNA xəbər verir ki, bu barədə “The New York Times” Vatikanın Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, Papa səhhətində yaranan problemlər səbəbindən həftə sonu tədbirlərə qatıla bilməyəcək.
Qeyd edilib ki, fevralın 14-də pontifik Romadakı xəstəxanalardan birinə yerləşdirilib və ona ilkin olaraq polimikrob infeksiyası diaqnozu qoyulub.
"Papa Fransisk yaxşı əhval-ruhiyyədədir və sağalması üçün edilən dualara görə minnətdarlığını bildirib", - Müqəddəs Taxt-Tacdan bildirilib.