Pakistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib

Xəbərlər

26.11.2022 - 20:48

Baş nazir Azərbaycan hökumətinin qərarını yüksək qiymətləndirib

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”.

AYNA xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter"də yazıb.

“İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib.

Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.

Müəllif: Ayna.az