Özbəkistanda məişət qazının partlaması nəticəsində 6 nəfər ölüb

Dünya

09.05.2025 - 15:24

Həkimlər Klinikalar SEO Xidməti

Özbəkistanın Səmərqənd şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində 6 nəfər ölüb.

AYNA.AZ Özbəkistan mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 8-dən 9-na keçən gecə Spitamen küçəsindəki çoxmənzilli yaşayış binalarından birində baş verib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın olmasa da, binanın üç mərtəbəsi və zirzəmisi tamamilə dağılıb.

Faciə yerində təcili tibbi yardım qərargahı fəaliyyət göstərir. Dağıntılar altından altı nəfərin meyiti tapılıb.

Hadisə ilə bağlı ilkin istintaqa başlanılıb. Hadisənin səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş