Ötən sutka 37 yanğına çıxış olub

Xəbərlər

16.12.2024 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

1 nəfər xilas edilib, 10 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, yanğın zamanı 3-ü azyaşlı olmaqla 10 nəfər təxliyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş