Ötən sutka 31 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Xəbərlər

07.05.2022 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən üç nəfər xilas olunub. Həmçinin Gəncə şəhərində 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının və Bakı şəhərinin Nərimanov rayonunda 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun cəsədləri bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş