Ötən sutka 17 halda yanğına çıxış olub

Hadisə

13.11.2022 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

FHN qəza-xilasetmə əməliyyatları həyata keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya verilən məlumata görə, nazirliyin “112” Qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonunda “КамАZ" markalı yük avtomobili ilə “Nissan” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş