Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Hadisə

22.11.2022 - 12:58

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarılan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş