Ötən gün qeydə alınan 70 cinayətin üstü açılıb

Xəbərlər

15.11.2023 - 11:54

Borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarılan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş