Ötən gün 49 cinayətin üstü açılıb

Xəbərlər

10.03.2026 - 15:53

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Martın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 21, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 2 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər də saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş