Ötən gün 41 nəfər saxlanılıb

Xəbərlər

18.10.2022 - 11:29

cedabet dərman SEO Xidməti

Ölkə ərazisində qeydə alınan 51 cinayətin üstünün açılması təmin olunub

Oktyabrın 17-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarılan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş