Ordumuzun mövqeləri yenə atəşə tutulub

Xəbərlər

21.08.2023 - 13:53

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb

Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. AYNA xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş