Ordumuz sərhəddəki mövqelərindən geri çəkilib? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Xəbərlər

16.09.2022 - 16:14

cedabet dərman SEO Xidməti

"Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq"

"Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır". AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb. 

Bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir: "Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur". 

"Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş