Orban: "Transatlantik birliyin ciddi şəkildə sarsıldığı faktını etiraf etməliyik”

Dünya

03.06.2025 - 15:43

cedabet dərman SEO Xidməti

“Macarıstan ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir”

“Macarıstan ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə səylərini dəstəkləyir. Avropa İttifaqı isə münaqişənin davam etməsini istəyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Biz transatlantik birliyin ciddi şəkildə sarsıldığı faktını etiraf etməliyik. Trampın başçılıq etdiyi sülhməramlılarla döyüşləri davam etdirmək istəyən Brüssel və Kiyev liderləri arasında heç vaxt belə uçurum olmamışdı", - Orban qeyd edib.

Baş nazir vurğulayıb ki, Macarıstan "sülhün tərəfində qalacaq", hətta bu onun Brüssellə müzakirələrinin "daha yüksək səslə" getməsinə səbəb olsa belə.

"Biz Macarıstanın ikiqat güclə hücuma məruz qalmasına hazır olmalıyıq. Çünki Macarıstan Trampın müttəfiqidir və Macarıstan sülh istəyir", - Orban deyib.

Onun sözlərinə görə, “Macarıstana qarşı məxfi xidmət əməliyyatlarının, böhtan kampaniyalarının və müharibə təbliğatının daha da böyük güclə davam edəcəyinə” hazır olmaq lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş