Macarıstanın Baş naziri Trampa seçkilərdə qələbə arzulayıb
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın keçmiş Prezidenti Donald Trampla telefon danışığında ona noyabrın 5-də keçiriləcək seçkilərdə qələbə arzulayıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir “X”də yazıb.
“İndicə keçmiş Prezident Donald Trampla telefonda danışdıq. Gələn çərşənbə axşamı keçiriləcək seççkilərdə ona uğurlar arzuladım. Cəmi beş gün qaldı. Gəlin barmaqlarımızı çarpazlayaq", Orban qeyd edib.
Macarıstanın Baş naziri uzun müddətdir ki, ABŞ seçki kampaniyasında Trampı açıq şəkildə dəstəkləyir və onun Ağ Evə qayıtmasına ümid edir.