Son sutkada COVID-19 əleyhinə 246 nəfər peyvənd olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 246 peyvədn vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 38, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 953 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 406 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 951, üç və daha çox doza vaksin vurduranların sayı 3 401 883, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 913 təşkil edir.