Üç və daha çox doza vaksin vurduranların sayı 3 milyondan çoxdur
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 172, üç və daha çox doza vaksin vurduranların sayı 3 267 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 337 təşkil edir.