Nigerdə hərbçilərə hücum olub, dörd nəfər ölüb

Dünya

22.12.2024 - 19:30

Həkimlər Klinikalar SEO Xidməti

Hücumdan sonra təşkil edilən əməliyyat nəticəsində 29 terrorçu öldürülüb

Nigerin şimalındakı Tilalaberi bölgəsində hərbçilərə hücum olub. AYNA xəbər verir ki, bu barədə Nigerin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, hərbi mövqelərə hücum nəticəsində dörd hərbçi həlak olub.

Hücumdan sonra təşkil edilən əməliyyat nəticəsində 29 terrorçu öldürülüb.

Bu, Tillaberi bölgəsində terrorçuların ay ərzindəki dördüncü hücumudur. Əvvəlki hücumlarda müvafiq olaraq 21 mülki şəxs, 10 hərbçi və 39 mülki şəxs həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş