Niderland Kralı Azərbaycan liderini təbrik edib

Siyasət

27.05.2023 - 12:32

Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA-nın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Müəllif: Ayna.az