“Newsweek”: Avropa Üçüncü Dünya müharibəsinə hazırlaşır

Dünya

04.12.2024 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

NATO həm mümkün total müharibəyə, həm də mümkün münaqişənin inkişafı üçün başqa ssenarilərə hazırlaşmaq niyyətindədir

“Bir çox Avropa ölkələri üçüncü dünya müharibəsinə səssizcə hazırlaşmağa başlayıblar”. AYNA xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Bildirilib ki, NATO-ya üzv dövlətlər Alyansa hücum təhlükəsini Rusiyaya aid edərək artıq müdafiənin əsasını qoymağa başlayıblar.

Nəşr qeyd edir ki, NATO həm mümkün total müharibəyə, həm də mümkün münaqişənin inkişafı üçün başqa ssenarilərə hazırlaşmaq niyyətindədir.

Avropanın Rusiya ilə müharibəyə hazırlığı bəzi dövlətlərdə müdafiə xərclərinin artırılması uğrunda mübarizədə özünü göstərir.

“Newsweek”in yazdığına görə, Baltikyanı NATO ölkələri Rusiya ilə quru sərhədlərini fəal şəkildə möhkəmləndirir və bomba sığınacaqlarını təchiz edir. Skandinaviya ölkələri isə kütləvi təxliyə planları ilə bağlı broşürlər paylayır.

Müəllif: Ayna.az