"Baş nazir və xarici işlər naziri “The New York Times” qəzetinə qarşı böhtan iddiasının qaldırılmasını tapşırıblar"
İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın “The New York Times” (NYT) qəzetini fələstinlilər haqqında məqaləyə görə məhkəməyə vermək qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, İsrail müasir mətbuat tarixində İsrailə qarşı "ən dəhşətli, qərəzli və yalan saxtakarlıqlardan birini" ehtiva edən bu nəşrlə bağlı məhkəməyə müraciət edəcək.
Sözügedən məqalə İsrail həbsxanalarında fələstinlilərə qarşı zorakılıqdan bəhs edir.
"Netanyahu və xarici işlər naziri Gideon Saar “The New York Times” qəzetinə qarşı böhtan iddiasının qaldırılmasını tapşırıblar", - deyə qeyd olunub.
Qeyd edək ki, “The New York Times” qəzeti İsraildə fələstinli məhbuslara qarşı sistematik cinsi istismar barədə məlumat yayıb.