Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

06.07.2022 - 13:04

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 117,72 dollara satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,14 dollar artaraq 104,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,63 dollar bahalaşaraq 101,13 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 11,08 dollar azalaraq 117,72 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş