Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

09.03.2022 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 136 dollara çatıb

Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.

AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 130,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,93 dollar artaraq 125,63 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,28 dollar artaraq 135,99 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 8-də (128,71) qeydə alınmışdı.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş