Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

09.12.2021 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 76,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 72,95 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 77,19 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş