Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 84,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,26 dollar azalaraq 82,38 dollar olub.
Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, "Azeri Light"ın 1 barelə olan qiyməti 1,57 ABŞ dolları və ya 1,81% artıb 88,45 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.