“Neftçi” “Spartak”a məğlub olub

İdman

19.07.2023 - 06:21

Bakı təmsilçisi son yoxlama görüşünü keçirib

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib. AYNA-nın “Report”a istinadən məlumatına görə, Bakı klubu Moskvada yerli “Spartak” komandası ilə üz-üzə gəlib.

“Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.

Bununla da “Neftçi”nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.

Qeyd edək ki, buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.

Müəllif: Ayna.az