Neftçalada azyaşlı dənizdə boğularaq ölüb

Hadisə

01.09.2022 - 21:08

Həkimlər Klinikalar SEO Xidməti

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Neftçala rayonunda azyaşlı dənizdə boğularaq ölüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş