Neft ucuzlaşıb

İqtisadiyyat

24.05.2024 - 11:21

Dünya birjalarında neft ucuzlaşıb

“Azeri Light” 82 dollardan baha satılır

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 81,33 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,04 dollar azalaraq 76,83 dollar təşkil edib.

Azərbaycan nefti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,9 dollar və ya 1,08 faiz azalaraq 82,64 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az