Neft ucuzlaşıb

İqtisadiyyat

16.01.2024 - 11:08

Azərbaycan neftinin qiyməti 83 dollara enib

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,06 dollar azalaraq 78,09 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar azalaraq 72,36 dollar təşkil edib.

Azərbaycan nefti dəı ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,04 dollar və ya 1,24 faiz azalaraq 83 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az