Büdcə dəyişikliklərinin mahiyyəti bəlli oldu

İqtisadiyyat

13.11.2019 - 20:00

Dövlət büdcəsi xərclərində inflyasiya da nəzərə alınacaq

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmanda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda dəyişikliklər edilsin.

 

Yeni qaydaları AYNA-ya şərh iqtisadçı-ekspert Rövşən Agayevin sözlərinə görə, ötən il büdcə qanunvericiliyinə dəyişiklik oldu və nəzərdə tutuldu ki, icmal büdcənin xərcləri əvvəlki ilə nisbətən 3%-dən çox arta bilməz: “O zaman qəbul edilən qayda bu idi ki, büdcə xərclərinin artımı nominal olaraq 3% bilər. Amma indi yeni dəyişikliyə görə, 3%-in üzərinə inflyasiya göstəricisi də əlavə olunacaq. Yəni bundan sonra xərc artımı nominal göstərici əsasında deyil, real göstərici əsasında baş verəcək”.

Raminə Eyvazqızı