Dünya birjasında qiymətlər artıb
"ICE London" birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin qiyməti 0,91% artaraq 1 barelə görə 64,21 ABŞ dolları təşkil edib.
AYNA.AZ xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin dəyəri də artıb - 1 barelin qiyməti də 1,02% artaraq 60,36 ABŞ dolları olub.