Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirilib

Xəbərlər

25.05.2023 - 20:27

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib

Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilmişdir.

Müəllif: Ayna.az