Nazir Rəşad Nəbiyevə yeni vəzifə verildi

Xəbərlər

26.04.2023 - 16:31

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının sədri dəyişib

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.

AYNA-nın xəbərinə görə, Sərəncama əsasən, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev olub.

Bundan əvvəl “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş