Nazir: “Bunu qəbahət kimi görmürük”

Xəbərlər

06.06.2023 - 13:45

Samir Şərifov AZAL-ın hesabında subsidiyanın qalıq kimi qalmasından danışdı

“Azərbaycan Hava Yollarına (AZA) verilən subsidiyanın onun hesabında saxlanılması məsələsi qaldırılmışdı”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, subsidiya bir neçə halda verilir: “Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında 8,3 milyon manat qalıq il sonunda qalmışdı”.

Müəllif: Ayna.az