Naxçıvanda məsciddə yanğın olub

Hadisə

01.01.2026 - 23:26

Məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb

Naxçıvanda məsciddə yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. Qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş