Naxçıvanda iki avtomobil toqquşub

Hadisə

15.11.2025 - 18:11

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş