Naxçıvanda hərbi hissədə yanğın baş verib

Hadisə

01.03.2026 - 20:21

Hadisə hərbi hissənin çörək sexində qeydə alınıb

Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib. AYNA.AZ xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş