Naxçıvana PUA hücumunda yaralananların vəziyyəti açıqlanıb

Xəbərlər

05.03.2026 - 14:16

Dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş