Navrotski Putinlə danışıqlara hazırdır

Dünya

30.09.2025 - 21:33

Polşa Prezidenti rusiyalı həmkarı ilə danışıqlara hazır olduğunu bildirib

Polşa Prezidenti Karol Navrotski ölkəsinin təhlükəsizliyi naminə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.

AYNA.AZ xəbər verir ki, Karol Navrotski bu barədə Radio Zet radiostansiyasının efirində çıxışı zamanı deyib.

“Əgər Polşanın təhlükəsizliyi bu görüşdən asılı olacaqsa, əlbəttə ki, ölkənin maraqları naminə hər şey etməyə hazıram”, – deyə Prezident qeyd edib.

Navrotski həmçinin ABŞ Prezidenti Donald Trampı Qərbdə Rusiya Prezidenti ilə real danışıqlar apara biləcək yeganə şəxs kimi xarakterizə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş