NATO Rusiya sərhədləri yaxınlığında silsilə təlimlərə başlayıb

Dünya

10.09.2024 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Təlimə ABŞ ordusunun generalı Kristofer Kavoli rəhbərlik edəcək

Şimali Atlantika Alyansı (NATO) Rusiya sərhədləri yaxınlığında payızın sonuna qədər davam edəcək silsilə təlimlərə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, “Steadfast Foxtrot 24” sentyabrın 9-dan 20-dək Almaniyada keçiriləcək.

NATO təliminə ABŞ ordusunun generalı Kristofer Kavoli rəhbərlik edəcək.

Sentyabrın 30-dan oktyabrın 11-dək “Ramstein Flag 24 AIRCOM” - Vahid Hava Komandanlığının rəhbərliyi altında Yunanıstanda havaya qalxacaq.

Sentyabrın 8-də Slovakiyada “Toksik vadi” kimyəvi-bioloji hərbi təlimlər başlayıb. Avqustun sonundan Macarıstanda “Cəsur Döyüşçü” təlimləri davam edir.

Oktyabrın 30-dan noyabrın 12-dək Finlandiyada “Hammer 2024”, Türkiyə və Bolqarıstanda isə “Mavi Balina” və “Poseidon 24” dəniz təlimləri keçiriləcək.

Təlimlər İspaniya, İtaliya və Latviyada da keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş