"Danışıqların nəticəsi nə olursa olsun, biz gələcəkdə Ukraynanın müdafiə qabiliyyətinə zəmanət verməliyik"
NATO ölkələri münaqişənin həlli üzrə Rusiya-Ukrayna danışıqlarının nəticəsindən asılı olmayaraq Kiyevi dəstəkləməyə davam edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şof deyib.
"Danışıqların nəticəsi nə olursa olsun, biz gələcəkdə Ukraynanın müdafiə qabiliyyətinə zəmanət verməliyik", - o NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında deyib.
Şofun sözlərinə görə, bununla bağlı Qərb “Ukraynanın müdafiəsinə sərmayə yatırmaqda” davam etmək niyyətindədir və “onun təhlükəsizliyini təmin etmək” öhdəliyinə sadiqdir.
Baş nazir qeyd edib ki, NATO-nun iyunun 24-25-də Haaqada keçiriləcək sammitində Ukraynaya dəstək məsələsi müzakirə mövzusu olacaq.