Kevin Hamilton tezliklə Azərbaycana səfər edəcək
NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton tezliklə Azərbaycana səfər edəcək. AYNA.AZ xəbər verir ki, Alyansın sözçüsü bu xəbəri "Report"a təsdiqləyib.
Hamilton hazırda Gürcüstandadır ki, bu da onun təyinatından bəri regiona ikinci səfəridir.
Aprel ayının əvvəlində o Ermənistana səfər etmişdi.
NATO sözçüsü bildirib ki, Hamiltonun səyləri Şimali Atlantika bloku ilə təşkilatın "strateji əhəmiyyətli region" adlandırdığı Cənubi Qafqaz ölkələri arasında dialoq və əməkdaşlığı gücləndirməyə yönəlib.