Natiq Məmmədliyə MEDİA-da vəzifə verildi

Xəbərlər

16.04.2021 - 14:58

Jurnalist Medianın İnkişafı Agentliyinin şöbə müdiri təyin edilib

 

Tanınmış jurnalist Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri təyin edilib.

 

AYNA xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.

 

“25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”, - deyə N.Məmmədli bildirib.

Müəllif: Ayna.az