Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər həbs olunublar

Xəbərlər

06.06.2022 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmənin qərarı ilə sürücülər 5 gün müddətinə inzibati qaydada həbs olunublar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”, iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun sürdüyü “Hyundai” markalı avtomobillər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları sürücülərin narkotik vasitə qəbul etmələrini müəyyənləşdirib və onların barələrində inzibati protokollar tərtib olunaraq Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş gün müddətinə, N.Məmmədov isə 5 gün müddətinə inzibati qaydada həbs olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş