İlham Əliyev Arzu Rəhimovun yerinə təyinat edib
Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.
AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, Prezident bu gün imzaladığı Sərəncamla Arzu Rəhimovu Xidmətin rəisi vəzifəsindən azad edib.