Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub

Hadisə

24.07.2023 - 13:03

Həkimlər Klinikalar SEO Xidməti

Bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb

İyulun 24-də saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Nazirlikdən AYNA-ya bildirilib ki, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş